İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan hökumətinin əməkdaşları qəzaya düşdü - Yaralananlar var

Martın 7-si səhər saatlarında Ermənistan hökumətinin əməkdaşlarını daşıyan avtobusun İrəvanın Monte Melkonyan prospektində qəzaya uğrayıb.

Musavat.com "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər yaralanıb.

Polisin mətbuat xidmətindən bildirilib ki, Nazirlər Kabinetinin yaralanan əməkdaşlarına tibbi yardım göstərilib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR