İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Hindistandan İsraillə birgə istehsal olunan müdafiə sistemi almaq istəyir

Ermənistan Hindistandan pilotsuz uçuş aparatları və orta mənzilli yer-hava raketləri almaqla müdafiə tədarükü strategiyasını genişləndirir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatə Hindistanın idrw.org saytı yayıb.

Məlumatda qeyd olunur ki, Ermənistan artıq “Akash 1S” sistemini alıb və Hindistan-İsrail istehsallı orta mənzilli hava hücumundan müdafiə sistemləri MR” və “Akash NG” hava hücumundan müdafiə sistemlərinin alınmasını müzakirə edir.

KİV-in məlumatına görə, Hindistan “Akash 1S” sisteminin tədarükünə hələ başlamayıb, bunun gələn il baş tutacağı gözlənilir.

“Akash 1S” 30 km-ə qədər məsafədə təyyarələri vura bilən, havadan gələn təhlükələrdən etibarlı müdafiəni təmin edən mürəkkəb sistemdir. Qeyd olunur ki, bundan başqa, Ermənistan daha iki sistemlə maraqlanır.

Hindistan və İsrail birgə istehsalı olan “MR-SAM” və “Akash”ın təkmil versiyası olan, lakin Hindistan Ordusundan sifariş gözləyən “Akash NG”.

Ermənistanın öz müdafiə tələblərinə cavab verməsini təmin etmək üçün “Akash 1S”in təhvil verilməsindən sonra “MR-SAM” və “Akash NG” sistemlərinin hərtərəfli texniki qiymətləndirilməsini aparmağa hazırlaşdığı bildirilir. Bütün bunlar əsasında iki sistem arasında qərar veriləcək. idrw.org mənbələrinə görə, “MR-SAM” mövcudluğu və artıq qurulmuş istehsal xəttinə görə üstünlük verilən seçim kimi görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR