İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənistan hakimiyyəti Azərbaycana 2 güzəştə gedib"

"Paşinyan Azərbaycanın tələblərinə boyun əyərək artıq iki güzəştə gedib və bu güzəştlər siyahısının nə qədər genişlənəcəyi yaxın vaxtlarda bəlli olacaq".

Musavat.com xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin revanşist deputatı Tiqran Abramyan tərəfindən səslənib.

"Birincisi, bir neçə gün əvvəl Paşinyan Minsk Qrupu formatını ləğv etmək niyyətində olduğunu, indi isə ədliyyə naziri hakimiyyətin seçkilərə qədər yeni konstitusiyanın mətnini hazırlamaq vəzifəsi qoyduğunu bəyan edib.

Nazirin bu mövzu ilə bağlı uğursuz və yersiz söz oyununa getmədən, sadəcə olaraq xatırlatmaq istərdim ki, əvvəllər hakimiyyət bu prosesi 2027-ci ilə qədər başa çatdırmaqdan danışırdı, lakin indi mövcud vəziyyəti nəzərə alaraq müəyyən bir müddət təyin etmək məcburiyyətindədir. Bununla belə, onların Bakını qane edib-etmədiyi hələ də qaranlıq qalır", - deyə Abramyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR