Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Sünik bölgəsində keçiriləcək illik müşavirə zamanı xaricdə akkreditə olunmuş erməni səfirlərə “Tramp Marşrutu”nun detalları barədə məlumat verəcək.
Musavat.com xəbər verir ki, qəzetin yazdığına görə, diplomatlar üçün həmçinin ABŞ layihəsini necə təqdim etmək haqda “təlimat” da keçirilə bilər.
Müşavirə 25–27 avqust tarixlərində baş tutacaq.
Bundan əlavə, həmin günlərdə Sünikdə Ermənistanda akkreditə olunmuş digər xarici səfirlər də olacaq və onların üçün tanışlıq səfəri təşkil olunması planlaşdırılır.
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ