Onlayn ictimai-siyasi qəzet
Musavat.com Ermənistanın Baş naziri Nikol Paşinyanın açıqlamalarından daha bir fraqmenti tədim edir:
"Bu günlərdə Dağlıq Qarabağdan (Qarabağ ermənisi - Red) olan bir qadın məndən ermənilərin Dağlıq Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşdu. Mən səmimi cavab verdim ki, indiki vəziyyəti, dünyanın vəziyyətini və Azərbaycanın mövqeyini nəzərə alsaq, bu, hazırda mümkün deyil, çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün hər cür səy göstərmişik.
Sizə düz demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir".
Daha bir fraqmentsə Rusiya ilə bağlıdır. Sitat:"Uzun müddətdir ki, Rusiya Azərbaycan və Ermənistan arasında bərabərhüquqlu siyasət yürüdür.
Rusiya Federasiyası regionumuzda münasibətlərin şaxələndirilməsi siyasətinə başladı..."
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ