İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan COP29-a buna görə qatılmayıb- SƏBƏB  

“Ermənistan nümayəndə heyətinin COP29-a qatılacağını istisna etmirəm”.

Musavat.com xəbər verir ki, bu fikri politoloq Elxan Şahinoğlu sosial şəbəkədə yazıb.

Politoloq qeyd edib ki,  tədbir hələ 8 gün davam edəcək. Bakıdakı tədbirə açılışdan sonra qatılan rəsmilər də var:

“Ermənistanı təmsil edə biləcək rəsmi ona görə ilk gündən COP29-a qatılmayıb ki, açılışda Qarabağın işğaldan azad edilməsinə dair Prezident İlham Əliyevin çıxışındakı fikirləri və toplantıda azad olunan şəhərləri də göstərən filmi izləməliydi. Yəqin baş nazir Nikol Paşinyan düşünüb ki, bu halda başçılıq etdiyi hökumətə qarşı radikal müxalifət fəallaşacaqdı. Ona görə də tədbirin açılışında iştirak etməməyə qərar veriblər. Bütün hallarda Ermənistanın COP29-da iştirak etməməsi Bakı ilə danışıqlara təsir etməyəcək. Rəsmi Bakının mövqeyi belədir ki, COP29 tədbirinin Azərbaycan-Ermənistan danışıqlarına aidiyyəti yoxdur. Nikol Paşinyan çox çalışırdı ki, Bakı İrəvanla yarımçıq sənədi imzalasın və o COP29-da iştirak etsin. Bu baş vermədi. Danışıqlar isə COP29-dan sonra dayandığı yerdən davam edəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR