İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ermənistan bir daha dövlət olmadığını nümayiş etdirir”-partiya sədrindən Zəngəzur açıqlaması

“Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı mövqeyini bəyan edib. Hər kəs, o cümlədən ermənilər də bilir ki, İlham Əliyev dediklərini elə-belə demir və hökmən həyata keçirir”.

Azad Vətən Partiyasının sədri Akif Nağı bunu Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalarına münaisbəti zamanı söyləyib.

Partiya rəhbəri Musavat.com-a bildirib ki, Azərbaycan Prezidentinin mövqeyi iki variantdan ibarətdir: “Birincisi, Ermənistan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi işə düşəcək, Azərbaycanın bir hissəsindən digər hissəsinə tam sərbəst hərəkət təmin ediləcək. Prezidentin dilə gətirdiyi ikinci variant isə ondan ibatətdir ki, Ermənistan dalan vəziyyətində qalacaq, yol İrandan keçəcək. Məncə, cənab Prezident ikinci variantı beynəlxalq qurumları arxayınlaşdırmaq, ermənilərin isə sayıqlığını kütləşdirmək məqsədilə ortaya atıb. Prezident əmindir ki, ermənilər Azərbaycanın yumşaq gücü qarşısında irinci variantı qəbul edəcək, etməsə, sərt güc amili işə düşəcək”.

A.Nağı qeyd edib ki, İrandan keçəcək yolla bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın manipulyasiya etmək cəhdi də gülünc görünür: “Ermənistan bir daha dövlət olmadığını nümayiş etdirir. Necə yəni “İran necə etsə, biz də onu edəcəyik?” Bu nədir, necə dövlətsən ki, öz mövqeyin yoxdur? O ki qaldı İran yolunun mahiyyətinə, Azərbaycan əhalisi bu gün İran ərazisindən ənənəvi formada istifadə edir. Əgər yeni yolla bağlı razılaşma varsa, deməli, ənənəvi yolun statusundan fərqlənəcək. Bunu isə Azərbaycan Prezidenti kifayət qədər aydın ifadə edib: əhalimiz sərbəst şəkildə hərəkət etməlidir. Görünür, İran da buna razılaşıb”. Partiya sədrinin sözlərinə görə, bəzi yerli ekspertlərimizin “iki yola xərc çəkməyin” məqsədəuyğun olmaması ilə bağlı fikri yanlış təsəvvür yaradır: “Azərbaycan, əksinə, xərcindən asılı olmayaraq, alternativ yol çəkməlidir. Ola bilər ki, status baxımından alternativ olmasın, amma iki yol, dəhliz hökmən olmalıdır! Azərbaycan bununla müəyyən arzuolunmaz hallar üçün özünü sığortalamalıdır. Sabiq diplomatımız bilməmiş deyil ki, “yumurtaların hamısını bir səbətə yığmaq olmaz”.

ELŞAD,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR