İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycandan qaz alacaq? – “Yaxın 5 ildə...”

Ermənistanın Azərbaycandan qaz alışı ehtimalı ilə bağlı müxtəlif və təzadlı məlumatlar yayılır.

Yenisabah.az-a müsahibəsində neft-qaz sahəsi üzrə tanınmış ekspert İlham Şaban bildirib ki, hazırkı şəraitdə 2 ölkə arasında belə layihələrin həyata keçirilməsi üçün lazımi infrastruktur yoxdur:

“Qəza rejimində Rusiya 2 dəfə Azərbaycan vasitəsilə Ermənistana qaz ötürüb. Bu zaman şimaldan Gürcüstan üzərindən Ermənistan gələn qaz kəməri zədələnmişdi və təmir aparılırdı. Azərbaycandan Gürcüstana gedən kəmərə qaz vurulub və oradan mavi yanacaq Qardabani qazpaylayıcı şəbəkəsindən Ermənistana ötürüldü. Ancaq sırf Azərbaycan qazının Ermənistana ötürülməsi üçün ilk növbədə alıcı istəyi olmalıdır”.

Ekspert hansısa ölkədən başqa bir ölkəyə qaz idxalının praktiki reallaşması üçün bir neçə addımın atılmalı olduğunu diqqətə çatdırıb:

“Bununla bağlı Azərbaycan tərəfi ilə danışıq aparılmalıdır. Əvvəlcə bu cür layihələrin reallaşma ehtimalları araşdırılır, daha sonra isə dövlətlər və ya şirkətlər arasında niyyət protokolu imzalanır. Daha sonra bu layihənin kommersiya danışıqları üzrə müzakirələr başlayır.

Nəhayət, 4-cü mərhələdə alğı-satqı və onun müddətini bildirən kommersiya sazişi imzalanır. İndi ancaq nəzəri baxımdan Ermənistan tərəfinin Azərbaycandan qaz almaq imkanlarının müzakirəsini görürük. Yəni bunu Nikol Paşinyan və digər Ermənistan rəhbərləri deyir. Bunun əyani olması üçün ən az 4-5 il zaman lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR