İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan Azərbaycana qarşı məhkəmə iddialarını geri götürə bilər - Paşinyan

Bu gün İrəvanda parlamentdə hökumət saatında Ermənistan blokundan olan deputat Lilit Qalstyan baş nazir Nikol Paşinyandan Azərbaycana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan iddiaların geri götürülməsinə dair yayılan məlumatlara aydınlıq gətirməsini istəyib.

Musavat.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, N.Paşinyan məlumatların doğru olduğunu təsdiqləyib: “Biz dedik ki, əgər sülh müqaviləsi imzalanmağa tam hazırdırsa və Ermənistan hesab edirsə ki, onu imzalaya bilər və beynəlxalq qurumlardan məhkəmə işlərinin qarşılıqlı geri götürülməsi ilə bağlı məsələ qaldırılarsa, onda bu haqda danışmaq olar.

Düşünürəm ki, biz bilirik ki, bu məsələ ilə bağlı birtərəfli təsəvvürlər bütün vəziyyətə baxmağa mane olur. Bizim öz həqiqətimiz varmı? Əlbəttə var, amma bu o demək deyil ki, bu, dünyada yeganə həqiqətdir”.

Paşinyan qeyd edib ki, əgər sabit və davamlı sülhün bərqərar olduğunu görsələr, bu addımı ata bilərlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR