Onlayn ictimai-siyasi qəzet
Amerikalı ermənipərəst senator Bob Menendezin senat vəzifəsi başa çatıb.
“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, 5 noyabr seçkilərinin nəticələri elan olunana qədər onu Nyu-Cersi senatoru ofisində Corc Helmi əvəzləyəcək.
Qeyd edək ki, Menendez cinayət məsuliyyətinə cəlb olunduğu üçün ötən ay istefa ərizəsini Nyu-Cersi ştatının qubernatoru Fil Merfiyə təqdim edib. Onun Senatı avqustun 20-də tərk edəcəyi deyilirdi.
Xatırladaq ki, iyulun 17-də ABŞ-də Andlılar məhkəməsi Robert Menendesi korrupsiya işində bütün ittihamlar üzrə təqsirli bilib. Belə ki, 70 yaşlı senator rüşvətxorluq, qəsb, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla 16 maddə üzrə təqsirli bilinib. Ümumilikdə 16 ittiham üzrə Menendesi 222 ilə qədər həbs cəzası gözləyə bilər.
Fotoda Corc Helmi
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ