Onlayn ictimai-siyasi qəzet
Korrupsiyada və xarici agent kimi işləməkdə təqsirli bilinən Nyu-Cersidən olan ermənipərəst Amerikalı Demokrat senator Robert Menendez istefa ərizəsini təqdim edib.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" yayıb.
Məlumata görə o, avqustun 20-də Senatı tərk edəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Nyu-York məhkəməsi amerikalı ermənipərəst senator Menendezi rüşvətxorluq, maliyyə fırıldaqçılığı, ədalət mühakiməsinə mane olmaq və xarici agent kimi fəaliyyət göstərmək də daxil olmaqla ümumilikdə 16 maddə üzrə təqsirli bilib. Bu işdə senatorun həyat yoldaşı, erməni əsilli Nadine Menendez də ittiham olunub. Lakin onun məhkəməsi xəstəliyi səbəbindən qeyri-müəyyən müddətə təxirə salınıb.
2006-cı ildən Nyu-Cersi ştatının senatoru olan Menendez Konqresdə fəaliyyət göstərdiyi vaxtda federal agent kimi müttəhim kürsüsünə çıxarılan ilk senatordur. Bu, Menendezin Senatın üzvü olduğu təxminən 20 il ərzində onun korrupsiya ittihamı ilə üzləşdiyi ikinci federal cinayət işidir. Əvvəlki məhkəmə istintaqı hakim heyətinin hökm çıxara bilməməsi səbəbindən yalnız araşdırma ilə nəticələnib.
Menendez hər zaman ermənipərəst mövqeyi ilə seçilib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ