İnsanlara hürriyət, millətlərə istiqlal!

"Ermənini torpaqlarımızdan donuzun anladığı dillə çıxartmaq lazımdır" - Hərbi ekspertdən kəskin sözlər

"Bizim Ermənistanla heç bir sərhəddimiz yoxdur. Çünki sərhədlərimiz delimitasiya edilməyib. Delimitasiya ediləcək olsa bu, 1918-1920-ci illərin xəritələri əsasında həyata keçiriləcək. Paşinyanın deyimi ilə, Şərqi Zəngəzur varsa, Qərbi Zəngəzur da var. Və təbii ki, Qərbi Zəngəzur da Azərbaycan torpağıdır."

Musavat.com xəbər verir ki, bu sözləri Emil Salamoğlunun aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Həftə içi" verilişində hərbi ekspert Alparslan İmamqulu deyib.

O qeyd edib ki, bu gün üzü şimaldan cənuba - Qazaxın 7 kəndi deyənlərə, Naxçıvanın işğal altında olan bir sıra kəndlərini deyənlərə sözüm odur ki, biz 1918-1920-ci il xəritələrinə görə addım atmalı olsaq, bu gün həyata keçirdiyimiz hər bir əməliyyat Azərbaycan ərazilərindədir: "Biz siyasi və iqtisadi maraqlarımızı təmin etməliyik. Və bunu da haqqımız olan torpaqlarımızın sərhədlərini AXC sərhədlərinə müvafiq olaraq delimitasiya etməliyik."

Hərbi ekspert bildirib ki, erməniləri torpaqlarımızdan donuzun anladığı dillə çıxarmaq lazımdır: "Donuzun anlayacağı bir dil var, o da ucu sivri çomaqdır. Biz haqqımız olanı ən azından arzulamalıyıq. Əgər o arzuları reallaşdırmağa cəsarətimiz və şücaətimiz çatmayacaqsa, heçolmasa bizdən sonrakı nəsilləri o cəsarətdə, şücaətdə yetişdirək"

Ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR