Onlayn ictimai-siyasi qəzet
Ermənistan baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını xarici dilləri öyrənməyə çağırıb. Müraciət onun Facebook səhifəsindəki videoda yer alır. “İş günü başlamazdan əvvəl ingilis dilini öyrənirəm. İnternetdə əla pulsuz dərslər var. Gəlin dilləri öyrənək”, - Nikol öz soydaşlarına səslənib.
Əlbəttə, ana dilindən əlavə əcnəbi dilləri öyrənmək yaxşıdır. Bu, ən azından insanın kommunikasiya-ünsiyyət və özünüifadə imkanlarını artıra, onun iş və fəaliyyətinin keyfiyyətini yaxşılaşdıra bilər. Hətta belə bir söz var ki, “adam neçə dil bilirsə, o qədər sayda adamdır”.
Amma və lakin... quru poliqlotluq şəxsi və insani parametrlər baxımından başqa şəxsdən üstün olmaq anlamına gəlmir. Baxır ondan necə istifadə edirsən. Necə deyərlər, bıçaq cərrahın əlində bir, banditin əlində ayrı məna daşıyır. Bir neçə dil bilən o qədər quldur, yaramaz, pedofil var ki...
Konkret erməni toplumuna gəlincə, haylar üçün ən mühümü ingilis və ya fransız dilini kütləvi şəkildə öyrənmək yox, qonşu Azərbaycan və Türkiyə ilə dil tapmaq, anlaşmaq, onların “dili”ni bilməkdir. Paşinyan öz xalqını öncə buna çağırsaydı, buna hazırlasaydı, qat-qat məntiqli olardı.
Yoxsa bir-iki dil artıq bilməklə cəmiyyət olaraq ermənilərin həyat və güzəranı müsbətə dəyişməyəcək. Lap 10 xarici dil öyrən, Ermənistan ki, bölgənin “kor bağırsağı” olmaqdan, “izqoy” (dalan) və təcrid vəziyyətdən qurtulmayacaq...
Heç “Qafqaz qaraçıları”nın Azərbaycan (Türk) dilini mükəmməl bilməsi də yetərli deyil. Öncə İNSAN olmaq lazımdır. İNSAN! Məhz bundan sonra qonşuların “dilini”, yəni səndən nə gözlədiklərini, nə istədiklərini, uzatdıqları barışıq əlinin məqsədini anlamaq mümkündür.
Bu “dil”i əxz eləmək isə iki əsrdir bədxah qonşulardan ötrü çox qəliz və əzablı işə çevrilib. Çünki daxildəki azalmayan heyvani kin-küdurət, qərəz, irqçi mahiyyət, xəbislik, natamamlıq kompleksi qoymur. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın məlum video-müraciəti buna zərrəcə şəkk-şübhə saxlamadı. Hələ bu, guya ermənilərin ən ziyalı nümayəndəsidir.
Ötə yandan qınamaq da olmur. Məşhur aforizmdə deyildiyi kimi, “nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən”. Hərgah, Türkdən “xoxan” obrazını hay toplumunun özü yaradıb. Daha betəri, bu miflə yaşamağı o sevir. Öz xoşbəxtliyinin Azərbaycan və Türkiyə ilə dinc-yanaşı yaşamaqdan keçdiyini qəbullanmaq istəmir. Miflərdən, saxta tarixdən imtinanı ağlına belə gətirmir. Odur ki, vaxtaşırı “dəmir yumruq” dilini işə salmalı oluruq...
Məgər Rusiya, Fransa, ABŞ illərlə Qarabağdakı separatçı hərəkatı dəstəkləməklə, ordakı xunta rejiminə hər cür maddi və silah yardımı eləməklə erməni xalqını ağ günə çıxardı? Əsla. Əslində ermənilərə bundan böyük pislik olmazdı.
Gəl ki, başlarına dəyən bunca daşdan sonra da ağıllanmaq, “çəhrayı arzular”dan xilas olmaq, qonşu ilə sivil birgəyaşayışın dilini öyrənmək istəmirlər. Türkü yenə “xoxan” qismində görürlər. Halbuki həmin o “xoxan” bu barbar qəbilənin 1 nömrəli xilaskarı ola bilər(di).
Bəlkə, nəhayət, yoxlayasınız. Vaxt gedir, saat tıqqıldayır...
Z.SƏFƏROĞLU
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ