Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidentinin müşaviri Yalçın Topçu “TurkicWorld”ə müsahibəsində Ankaranın “Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində” dəstəyini davam etdirdiyini bildirib.
Qeyd edək ki, bundan öncə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da BMT-dəki çıxışında Azərbaycanı dəstəklədiyini və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bütün dünyaya bəyan etmişdi.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, ermənilər nədənsə Yalçın Topçunun bu sözlərindən xoflanıb.
“Əgər Azərbaycan artıq Qarabağda öz məqsədinə nail olubsa, o zaman “hansı ərazi bütövlüyünün təmin olunmasından söhbət gedə bilər”,-deyə rusdilli news.am saytının redaksiya yazısında belə bir sual qoyulub.
Yazı müəllifi (gəstərilməyib-red.) bu suala özü üçün cavab da tapıb. Onun sözlərinə görə, əslində, Bakı və Ankaranın istəyi daha genişdir, Türkiyə prezidentinin müşaviri də məhz buna eyham vurur”.
Belə görünür ki, ermənilər artıq hər şeydən, hətta dəqiq ifadə olunmuş, heç bir alt məna daşımayan cümlələrdən belə xoflanmağa başlayıblar.
Musavat.com
30 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ