Onlayn ictimai-siyasi qəzet
“Crocus City Hall” kompleksində dünənki terror olayının təşkilatçıları ilə bağlı əsas sual hələlik açıq qalır. Bütün hallarda günahsız insanların qətlinə bəraət ola bilməz.
Kim olmasa da, Azərbaycan xalqı terrorun mahiyyətini öz acı təcrübəsindən yaxşı bilir. Təsadüfi deyil ki, Rusiyaya ilk başsağlığı göndərənlərdən biri bizim ölkənin rəhbərliyi, onun XİN-i oldu.
Ancaq nə qədər ikrah doğursa da, özünü “yuyulmamış qaşıq” kimi ortaya atıb “başsağlığı” verənlər arasında “Ana Ermənistan” hərəkatı da var. Erməni mediası yazıb ki, qurum Rusiyadakı son terror aktını “qətiyyətlə pisləyən” bəyanat yayıb.
“Erməni xalqı öz tarixi boyu çoxlu terror aktları və hücumları görüb (?! – Z.S.). Biz xalqımızın dərdini çox gözəl anlayırıq və baş verənlərin kədərini bölüşürük. Terrora sivil dünyada yeri yoxdur və hamı buna qarşı mübarizə aparmalıdır”, - açıqlamada bildirilir...
Arayış üçün: “Ana Ermənistan” ötən ilin mayında təsis edilib. Hədəfi – “antimilli Paşinyan rejimini devirmək”, Azərbaycan və Türkiyəyə torpaq iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsini əngəlləmək, “miatsum” ideyasının təzədən erməni ictimai şüuruna hakim kəsilməsinə nail olmaqdır. Kəsəsi, qan-terror “qoxulu” yeni bir təşkilat.
Yəni zərrəcə şübhə yox ki, “Ana Ermənistan” da bədnam ASALA kimi Azərbaycana, ümumən Türkə aşırı nifrətdən yoğrulan növbəti terror qurumu olaraq yaradılıb. Başqa şeylərə deyil, təkcə onun bayrağına nəzər salmaq kifayətdir. Orada məhz Türk düşməni, nasist Qregin Njde əks olunub (Şəklə diqqət).
Bu o şərəfsizdir ki, “Axırıncı Türk lal-kar olsa da öldürülməlidir!” (bura körpələr də daxildir) irqçi çağırışını öz xalqı üçün əsas şüar-hədəf seçmişdi. Bu iki ayaqlı vəhşinin Türk-Azərbaycan toplumu əleyhinə, insanlıq əleyhinə nələr törətdiyini, o sırada Zəngəzur mahalında hansı alçaqlıqlardan çıxdığını xatırlatmağa yəqin ki, gərək yox...
Amma İrəvanın mərkəzində ona 6 metrlik heykəl qoyulub və erməni xalqının əsas ziyarət məkanına çevrilib. 2024-cü ilin yanvarında isə Njde davamçıları, o sırada “Ana Ermənistan”çılar həmin heykəlin ətrafında nasist-cəlladın doğum günü ilə bağlı “Sieg Heil” (faşist salamı) aksiyası da keçirmişdilər.
Kumiri Njde olanların insanlıq sevgisinin səmimiliyinə kimsə inanarmı?
Ancaq görün necə rahatca öz adlarını başqalarına qoyur, utanıb-qızarmadan “erməni xalqı çoxlu terror aktları və hücumları görüb” sərsəmləməsini dilə gətirirlər Xocalı, Meşəli, Başlıbel soyqırımlarına imza atan, buna görə tükü belə tərpənməyən əcaib qəbilənin təmsilçiləri! 1918-ci ilin mart qırğınları, ermənilərin bəşəriyyət əleyhinə törətdiyi digər cinayət əməlləri də öz yerində.
Gerçək belədir ki, müasir tariximizdə, yer üzündə ermənilər qədər terror təcrübəsi olan ikinci toplum mövcud deyil. Onlar hətta SSRİ dönəmində (1977) Moskva metrosunda terror aktı törətmişdilər. ASALA bu gün də öz cinayətkar fəaliyyətini davam etdirir. Günahsız diplomatlar və onların ailə üzvləri daxil, Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı saysız terror hücumları və qətllər də hamıya çoxdan bəlli...
Bütün bunların üstündən həyasızcasına terror qurbanlarının ailələrinə başsağlığı vermək sinizm nümunəsi, tipik erməni ikiüzlülüyüdür. Milliyyətindən asılı olmayaraq, günahsız yerə öldürülənlərin ünvanına bundan aşağılayıcı təhqir olmaz.
Siz öncə gedin terror aktlarına görə Azərbaycan xalqından üzr diləyin, bacararsızmı? Ondan sonra baxaq görək haylar şüurlu məxluqat sayılmağa layiqdir, ya yox...
Z. SƏFƏROĞLU
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ