İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Azərbaycan vətəndaşlığı istəməyə başladılar: nə edəcəyik? - VİDEO

Bu gün iki erməni Prezident İlham Əliyevə müraciət edərək, onların Azərbaycan vətəndaşlığına qəbul edilmələrini istəyiblər!

Musavat.com xəbər verir ki, onlardan biri tanınmış bloger, İstanbulda ailəsilə müvəqqəti yaşayan İşxan Verdyandır.

O, Azərbaycan Respublikası vətəndaşlığının verilməsi xahişilə Prezident İlham Əliyevə müraciət edib. Bununla yanaşı, o, Xankəndi şəhərində yaşamaq niyyətində olduğunu vurğulayıb:

"Hörmətli, cənab prezident! Mənə Azərbaycan vətəndaşlığı vermənizi, Xankəndidə yaşamağa və işləməyə icazə vermənizi xahiş edirəm".

Digər erməni Vaqe Qambaryanın video-müraciətini təqdim edirik.

Rus dilində yaydığı müraciətində Vaqe deyir: "Axşamınız xeyir, cənab İlham Əliyev. Mən Ermənistan vətəndaşıyam və sizdən xahiş etmək istəyirəm ki, mənə Azərbaycan vətəndaşlığı verəsiniz. Mən Bakı şəhərinə səfər etmək, qohumlarımı və sevdiyim insanları, mənə dəyər verən şəxsləri görmək istəyirəm. Mən də gələcəkdə Xankəndi şəhərində yaşamaq istəyirəm. Mən öz Azərbaycan xalqımı sevirəm, hörmət edirəm və qiymətləndirirəm".

Əgər bu proses kütləvi hal alsa və Ermənistanda yaşayan narazı ermənilər Azərbaycan vətəndaşlığı üçün müraciət etməyə başlasalar, nə edəcəyik? Azərbaycan cəmiyyəti belə bir prosesə hazırdırmı?

 Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR