İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni xüsusi təyinatlılar evə basqın etdi, jurnalisti döydü

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları səhər saat 7-də evimizə soxularaq atam, Daşnaksütyun partiyasının üzvü Qagik Sərkisyanı həbs etdi.

Bunu erməni jurnalist Aram Sərkisyan Feysbuk səhifəsində yazıb.

“Zorla yerə uzandırdılar, hamı dəhşətə gəldi, məni döydülər, anamı qorxutdular, bir neçə saat evdə axtarış apardılar. İndi atamın harada və hansı vəziyyətdə olduğunu bilmirik. Səbəb barədə hələ heç nə deməyiblər. Əminəm ki, bu, onun müxalif siyasi baxışları və siyasi fəaliyyəti ilə bağlıdır. Bilmirəm nə etmişik ki, doğma ölkəmizin “demokratik” hakimiyyəti bizə ən təhlükəli cinayətkarlar kimi yanaşır”, - o bildirib.//Axar.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR