Onlayn ictimai-siyasi qəzet
Türkiyənin iqtidaryönlü “Türkiye” qəzeti Antalyada keçirilən diplomatik forum çərçivəsində baş tutan Türkiyə-Ermənistan danışıqlarının maraqlı təfərrüatlarını dərc edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla erməni türkoloq Varuzan Geqamyan şərh yazıb.
“Qəzetin mənbələrinə görə, Serdar Kılıçın başçılıq etdiyi Türkiyə nümayəndə heyəti Ermənistan Respublikasının nümayəndələrinə Sünik bölgəsinə (Zəngəzur) “Rusiya ilə bağlı olan Kalininqrad” modelinə görə xüsusi statusun verilməsini təklif edib. Lakin Kalininqradın həm də muxtar vilayət statusu da var.
Şübhə yoxdur ki, Türkiyə-Azərbaycan cütlüyünün əsas hədəfi indi Zəngəzurdur, lakin bu təfərrüatlar türklərin hazırkı taktikasını anlamaq üçün çox vacibdir. Bu xəbər kontekstində “Qərbi Zəngəzur”la bağlı Türkiyə-Azərbaycan təbliğatı aydın olur: yaxın gələcəkdə, yəqin ki, azərbaycanlıların məskunlaşması təmin edildikdən sonra, Zəngəzuru ələ keçirmək üçün buraya Türkiyənin nəzarətində olan xüsusi status təklif olunacaq.
Qəzetin məlumatı doğrudursa, o zaman Ermənistanın de-fakto nümayəndələrinin “daimi təmasları” zamanı Ərdoğanla hansı mövzuda danışıqlar apardığı məlum olur”, - deyə erməni revanşist ekspert yazıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ