İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni sosioloq: Ermənistanda hakim partiyanı dəstəkləyənlərin sayı 11,8%-dir

 

Əgər seçkilər bu bazar günü keçirilsəydi, respondentlərin 11,8%-i hakim "Vətəndaş Müqaviləsi" partiyasına səs verəcəyini bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə martın 12-də jurnalistlərlə görüşdə yerli sosioloq Aram Navasardyan məlumat yayıb. O qeyd edib ki, ötən ayla müqayisədə partiyanın reytinqində 0,5% artım müşahidə olunub.

Navasardyanın sözlərinə görə, müxalifətdə olan "Ermənistan" bloku 4,7% dəstək alıb ki, bu da 1,8% azalma deməkdir. Ən böyük eniş isə 3,3% geriləmə ilə "DOK" partiyasında qeydə alınıb – hazırda partiyanı 3,5% respondent dəstəkləyir. Sosioloq bunu partiyanın rəhbəri Vardan Qukasyanın ABŞ-da saxlanılmasından sonra ictimaiyyətlə ünsiyyəti dayandırması ilə əlaqələndirib.

Sorğu nəticələrinə əsasən:

"Çiçəklənən Ermənistan" partiyası 2,7% səs toplayaraq 0,3% artım göstərib.

"Şərəfim var" bloku 2,1% dəstək alıb (0,2% azalma).

"Respublika" partiyası 0,7% səs alıb (1,1% azalma).

"Milli Demokratik Qütb" – 0,7%

ARF Daşnaksütyun – 0,3%

"Erməni Milli Konqresi" – 0,2%

Bundan əlavə, 6,2% respondent heç bir partiyaya səs verməyəcəyini bildirib, 4,7% isə bülletenləri etibarsız hala salacağını qeyd edib. 32,1% seçkilərdə iştirak etməyəcəyini bəyan edib. Respondentlərin 24,6%-i qərarsız, 4%-i isə cavab verməkdən imtina edib.

Navasardyanın sözlərinə görə, respondentlərin 60%-dən çoxu Ermənistanda növbədənkənar seçkilərin keçirilməsinin tərəfdarıdır.

44% bu seçkilərin mütləq keçirilməli olduğunu,

16,4% isə daha çox ehtiyac duyulduğunu,

10,3% seçkilərin keçirilməsinin vacib olmadığını,

23,5% isə buna qarşı olduğunu bildirib.

Sorğu 27 fevral - 6 mart tarixlərində 1,100 nəfər arasında telefon vasitəsilə aparılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR