İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşistlər hakimiyyətə meydan oxudu

Ermənistandakı revanşist “Döyüş Qardaşlığı” təşkilatının üzvü Hrant Ter-Abramyanla əlaqə kəsilib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə “Döyüş Qardaşlığı” məlumat yayıb.

“Çox güman ki, onu da saxlayıblar. Bütün bunlar “Döyüş Qardaşlığı” üçün proqnozlaşdırıla bilən idi. Siz bizi təqib və təzyiqlərlə dayandıra bilməzsiniz.

Mübarizəmiz istənilən halda uğurlu olacaq”, - təşkilatın “Facebook” sosial şəbəkəsindəki bəyanatında deyilir.

Erməni mediası bildirir ki, “Döyüş Qardaşlığı”nın üzvləri bu gün yerli əhalinin müdafiə qabiliyyətini artıraraq, son bir ildə işlədikləri işğal altındakı Əskipara kəndinə getməyi planlaşdırıblar. Polis onları təhlükəsizlik səbəbi ilə əraziyə getməməyə çağırıb, buna cavab olaraq “Qardaşlar” kompromis həll yolu - Baganis Ayrıma getməyi təklif edib. Ancaq bu təklif də rədd edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR