İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni revanşist politoloq: “Alen Simonyan Azərbaycanın tezislərini çatdırır”

 


“Paşinyan rejiminin nümayəndələri Azərbaycanın tezislərini bir çox azərbaycanlı deputatlardan tez çatdırırlar”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli revanşist politoloq Andranik Ovannisyan öz Telegram kanalında yazıb.

“Bu gün Ermənistan parlamentinin sədri Alen Simonyan şüurlu və ya öz axmaqlığından “sülh müqaviləsi”nin Azərbaycanla  Ermənistan arasında sərhədin müəyyən edilməsi prosesindən ayrılması zərurəti ilə bağlı tezisləri fəal şəkildə irəli sürən Azərbaycan prezidenti İlham Əliyevin söylədiklərini təkrarladı.

Anlamaq lazımdır ki, 2023-cü ilin sentyabrında Paşinyan rejiminin razılığı ilə Qarabağda hakimiyyətini tam olaraq bərpa edən (mətndə həyasızlıqla “işğal” sözü keçir-red.)  Bakı üçün məsələnin hüquqi yolla həlli olduqca vacibdir. Qarşıdan gələn prezident seçkilərində müasir Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ torpaqlarında seçki məntəqələri açılacaq.

O ki qaldı Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsinə, burada Azərbaycan hakimiyyətinin tamamilə fərqli maraqları var. Ermənistan əhalisi isə ərazi itkilərinə gətirib çıxaran xain rejimdən qurtulmağa tələsmir”,-deyə revanşist politoloq yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR