İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni politoloq: “Qərb Bakı və İrəvanı tələsdirir, çünki hazırkı status-kvo onun maraqlarına uyğundur”  

“Qərb Bakı və İrəvanı sülh müqaviləsi bağlamağa tələsdirir, çünki regionda mövcud status-kvo onun maraqlarından irəli gəlir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli politoloq Alen Gevondyan danışıb.

Gevondyan Böyük Britaniyanın naziri Leo Dokertinin Bakıya səfərindən sonra Azərbaycan prezidentinin Ermənistanla sülh imzalanmasının mümkünlüyü barədə bəyanatını şərh edib.

Onun sözlərinə görə, hazırda regionda baş verən bütün proseslərdə “Dumanlı Albion”un dəst-xətti görünür. “20-ci əsrin əvvəllərində Cənubi Qafqazdakı vəziyyəti və Britaniyanın bölgədəki maraqlarını xatırlayaq. O vaxtdan bəri heç nə dəyişməyib”, - deyə Gevondyan qeyd edib.

“Bu kontekstdə qeyd etmək istərdim ki, Bakıya ünvanlanan kəskin bəyanatlara və Azərbaycana qarşı bəzi formal sənədlərin qəbuluna rəğmən Qərblə Azərbaycan tərəfinin maraqları böyük ölçüdə üst-üstə düşür”, - deyə erməni politoloq bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR