İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni lobbisi YUNESKO-nu batırır - Böhran yaşayan təşkilat rəzil durumda

Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Taninin anası Əlahəzrət Şeyxa Moza bint Nasir əl-Misnəd Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının (YUNESKO) xoşməramlı səfiri vəzifəsini tərk edib.

İstanbulda keçirilən zirvə toplantısı zamanı o bildirib ki, YUNESKO bombardman olunan Qəzza əhalisini xilas etmək və onlara yardım göstərməkdə öz rolunu yerinə yetirmədiyinə görə, xoşməramlı səfir vəzifəsindən gedir.

6527c3a0bf8f76527c3a0bf8f8169710.jpg (179 KB)

Əslində, səfirin dedikləri bizə və dünyaya çoxdan məlumdur. YUNESKO-nun böhran yaşadığını Qarabağ məsələsində də açıq-aşkar görmək olar.

YUNESKO-nun rəhbəri, fransız Odri Azulenin erməni lobbisi ilə yaxındır. Ona görə də təşkilat erməni lobbisinin təzyiqlərinə müqavimət göstərə bilmir. Bu gün YUNESKO faktiki olaraq Fransa tərəfindən idarə olunur.

İşğal dövründə bu qurum Qarabağdakı Azərbaycanın tarixi və mədəni abidələrini yoxlamaqdan imtina etdi. İşğala son qoyulduqdan sonra da qurum təəssüf ki, anoloji siyasətini davam etdirir. Bu isə YUNESKO-nun bu və ya digər dairələrin siyasi marağını əsas götürməklə Ermənistanın işğal dövründə mədəni irsə münasibətdə törətdiyi vandalizmə göz yumması deməkdir.

Təşkilatın Azərbaycanla bağlı siyasətində siyasi qısqanclıq və xristian həmrəyliyi hökm sürür.

Azərbaycan UNESCO ilə kifayət qədər yaxşı münasibətlər qurmuşdu. Buna rəğmən Qarabağda ermənilər tərəfindən Azərbaycanın milli mədəni sərvətlərinin məhv edilməsinin qarşısını almaq üçün Azərbaycan dövləti tərəfindən dəfələrlə dəvət edilmələrinə baxmayaraq, beynəlxalq qurum nümayəndələri bu günə qədər siyasi amili bəhanə etməklə ora gəlməkdən imtina edib.

YUNESKO-nun iqamətgahı Parisdə yerləşir. Bu isə o deməkdir ki, həmin təşkilat erməni lobbisinin təsiri altında fəaliyyət göstərir.

653b5c67503e7653b5c67503e8169838.jpg (225 KB)

Xatırladaq ki, işğal dövründə Azıx mağarası ermənilərin hərbi sursat anbarına çevirib. İnsanlığın ən qədim dövr mədəniyyət nümunələrinin toplandığı Azıx mağarasında Ermənistan hərbiçiləri azıxantropa aid əşyaları - gildən və daşdan məişət əşyaları və əmək alətlərini məhv etdiklərini pərdələmək üçün yeni tədqiqatlar təşkil ediblər. Yeni aşkar etdikləri artefaktları dəvət etdikləri xarici arxeoloqlar vasitəsilə ərazidən kənara çıxararaq təbliğat alətinə çeviriblər. YUNESKO isə bütün bunların qarşsında susub.
Erməni işğalçıları məşhur Xocalı kurqanlarını yer üzündən siliblər. İşğal altında saxladıqları İslam abidələri, xüsusilə məscidlər, türbələr və qəbiristanlıqları dağıdıblar, alban xristian abidələri isə tamamilə saxtalaşdırıb, erməniləşdiriblər. Xalqımızın tarixi yadigarı olan Yelisey məbədi, Həsənriz məbədi və digər abidələrdə olan alban yazıları silinib. Həmin abidələrin albanlara məxsus olan əşyaları dağıdılıb. Yelisey məbədində Alban hökmdarı III Vaçaqanın qəbri və yazı tamamilə məhv edilib. YUNESKO bunları da görməyib.

İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla yer üzündən silinib. Ermənilər ələ keçirdikləri ərazilərdə 12 muzey, 6 rəsm qalereyası, tarixi əhəmiyyətli 9 sarayı yandırıblar.

Nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı talan olunub. 192 ziyarətgah, 144 məbəd, 67 məscid erməni təcavüzünün qurbanına çevrilib. Laçındakı Ağoğlan kilsəsi, Kəlbəcərdəki Xudavəng, Gəncəsər məbədinin albanlara məxsusluğunu göstərən elementlər silinib, erməniləşdirilib.

c19dff77eca6f1e57b69ad2706fbad70.jpg (171 KB)

İşğal olunmuş ərazilərdə 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbini qarət edən ermənilər 103,2 min ədəd mebel avadanlığı, 5640 musiqi aləti, 481 kinoqurğu, 20 ədəd kinokamera, 423 videomaqnitofon, 5920 dəst milli kişi və qadın geyimləri, 40 komplekt səsgücləndirici, 25 iri və 40 kiçik həcmli attraksionu yalan edərək, Ermənistana aparıblar.

Keçmiş SSRİ-də yeganə Ağdamda olan Çörək Muzeyi şəhərin bombardmanı zamanı yerlə-yeksan edilib, dünya şöhrətli Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin 13 minədək, Laçın Tarix-Diyarşünaslıq Muzeyinin 5 mindən çox qiymətli və nadir əşyası Ermənistana daşınıb. Şuşanın zəbt edilməsi nəticəsində mənəviyyatımıza ağır zərbə endirilib. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, mədəniyyət evi dağıdılıb.

2010-cu_ildə_Ağdam_şəhərində_Çör.jpg (1.05 MB)

Şuşa şəhərinin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Şuşa filialının, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, professional Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun evinin 300-dən çox əşyası talan olunub. Azərbaycan vokal sənətinin əsasını qoymuş Bülbülün, görkəmli musiqiçi və rəssam Mir Mövsüm Nəvvabın, Qubadlı Tarix-Diyarşünaslıq Muzeyinin, Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin fondları erməni təcavüzkarları tərəfindən qarət edilib. O cümlədən görkəmli Azərbaycan musiqiçisi Qurban Pirimovun Ağdam rayonundakı xatirə muzeyi, Cəbrayıl, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri də dağıdılıb. Erməni təcavüzkarlarının qarət etdikləri muzeylərdə Azərbaycan xalqının tarixi və mədəniyyəti ilə bağlı qiymətli əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, dünya şöhrətli Azərbaycan xalçaları, xalça məmulatları, Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, digər qiymətli materialları oğurlanıb. Bütün bunara YUNESKO sadəcə olaraq susub...

YUNESKO-nun Azərbaycanla bağlı qərarları və mövqeyi həmişə erməni lobbisinin təzyiqinə məruz qalıb. Məsələn, 2019-cu ildə YUNESKO-nun İcraiyyə Şurasının 207-ci sessiyasında erməni tərəfinin Qarabağda yaradılmış saxta "Dağlıq Qarabağ Respublikası"nın mədəni irsinin qorunması ilə bağlı məqaləsi qəbul edilməyə çalışılıb. Bu məqalə Azərbaycanın suverenliyinə və beynəlxalq hüquqa zidd idi. Azərbaycanın səfirliyi və digər dost ölkələrin müdaxiləsi ilə bu məqalənin qəbulu qarşısını alınıb.

Erməni lobbisi YUNESKO-nun mədəniyyət mərkəzləri vasitəsilə də Azərbaycanın tarixi və mədəni irsinə qarşı dezinformasiya yaymağa çalışır. Məsələn, 2020-ci ildə Fransanın Strasburq şəhərindəki YUNESKO-nun Mədəniyyət Mərkəzində "Ermənistanın mədəni irsi" adlı sərgi açılıb. Bu sərgidə Azərbaycanın işğal altındakı ərazilərindən oğurlanmış mədəni əşyalar və Azərbaycanın mədəni irsinə aid olan abidələr erməni mədəni irsi kimi təqdim edilib.

Erməni lobbisi YUNESKO-nun rəhbərliyinə də təsir etməyə çalışır.

Erməni lobbisi YUNESKO-nun Azərbaycanın mədəni irsinə qarşı qoruma və monitorinq funksiyalarını yerinə yetirməsinə mane olur. Ermənistanın işğalı altında olan ərazilərdə Azərbaycanın mədəni irsinə qarşı törədilmiş vandalizm və talan faktlarını YUNESKO-nun nəzarətinə çatdırmaq üçün Azərbaycan tərəfindən bir neçə dəfə təkliflər verilib. Lakin erməni lobbisinin təsiri ilə YUNESKO-nun bu ərazilərə missiya göndərməsi gecikdirilib və ya ləğv edilib.

Bir sözlə, YUNESKO haqsız mövqeyi ilə öz nüfuzunu itirir, məhvə doğru gedir...

Qafar Səfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR