Onlayn ictimai-siyasi qəzet
Avqustun 21-də saat 15:30 radələrində erməni hərbçi Qazaryan Vanik Aramoviç ölümcül güllə yarası alıb.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri “Axpradzor” (Basarkeçər rayonu, Yuxarı Zağalı kəndi-M.) sektorunda yerləşən erməni mövqelərini atəşə tutub, nəticədə hərbçi ölüb.
Qeyd edək ki, Ermənistan ordusu və Qarabağdakı terrorçu birləşmələrin təxribatları som aylar və günlər intensiv xarakter alıb.
Musavat.com
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ