İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçi əsgərlərimizə qarşı görün nə edir - VİDEO

Aİ missiyasının qərəzli mövqeyi: Ermənistanın təxribatları niyə görməzdən gəlinir?

Musavat.com xəbər verir ki, bir həftə əvvəl Avropa İttifaqının sərhəd missiyasının rəhbəri, “binokl diplomatiyasının ustası” Markus Ritter Ermənistan mediasına müsahibəsində “çətin iş şəraitindən” şikayətlənib. O, “Azərbaycanlılar bizi nəinki öz tərəflərindən çəkirlər, hətta bəzən qışqırırlar” deyə bildirib. Lakin Ritterin bu iddialarına heç bir sübut təqdim etməməsi onun mövqeyinin qərəzli olduğunu açıq şəkildə göstərir.

Məlum olduğu kimi, Aİ missiyası Azərbaycanın razılığı olmadan bölgəyə yerləşdirilib və əsas funksiyası Ermənistanın təxribatlarını görməzdən gəlməkdir. Ritter isə Ermənistanın Azərbaycan mövqelərinə atəş açmasını, təxribat xarakterli addımlarını “görməməyə” üstünlük verir.

Caliber.Az-ın əldə etdiyi təkzibedilməz sübutlar – foto və video materiallar göstərir ki, erməni hərbçiləri sərhəd zonasında nizamnaməyə zidd davranır, Azərbaycan əsgərlərinə qarşı təhqiramiz ifadələr işlədir və təxribat xarakterli addımlar atırlar. Bu addımlar məhz Aİ missiyasının gözləri önündə baş verir və Ermənistan tərəfi bu varlığı öz manipulyativ məqsədləri üçün istifadə edir.

Nəticələrin məsuliyyəti Ermənistanın üzərinə düşəcək. Ermənistanın bu təxribatları ya ordudakı intizamsızlığın göstəricisidir, ya da əvvəlcədən planlaşdırılmış ssenaridir. Hər iki halda, eskalasiyanın əsas səbəbkarı İrəvandır.

Aİ missiyası isə artıq Stanley Kubrikin məşhur filmi kimi “Gözləri tam bağlı” siyasətini dayandırmalı və sərhəddə real vəziyyəti obyektiv şəkildə qiymətləndirməlidir. Əks halda, Ermənistanın təxribatlarının davam etməsinə və nəticədə yaranacaq gərginliyə görə məsuliyyət onların da üzərinə düşəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

17 Mart 2025

BÜTÜN XƏBƏRLƏR