İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni həbsxanalarında intiharların sayı artıb  

Ermənistanda hər gün xaotik bir vəziyyət hökm sürür, dərin narahatlıq doğuran problemlər isə kənarda qalır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentində eyni adlı fraksiyanın deputatı, “Alternativ layihələr” qrupunun üzvü Elinar Vardanyanın Facebook səhifəsində əks olunub.

Erməni deputat Ermənistan həbsxanalarındakı acınacaqlı vəziyyətə diqqət çəkib.

“Bu ilin yanvar ayında cəzaçəkmə müəssisələrində saxlanılan 4 nəfərin ölümü baş verib. İki məhkumla bağlı bioloji ölüm faktı qeydə alınıb, biri aclıq aksiyası nəticəsində, digəri isə intihar yolu ilə həyatını itirib. Üstəlik, onlardan ikisi ilə bağlı yekun məhkəmə hökmü belə olmayıb.

Son iki ildə mənzərə belə olub: 2023-cü ildə saxlanılan və məhkum olunmuşlar arasında 16 ölüm hadisəsi qeydə alınıb, onlardan ikisi intihar edib. 2024-cü ildə isə 12 ölüm hadisəsi baş verib. Ölən 12 nəfərdən 5-i yekun məhkəmə hökmü ilə məhkum olunub, qalan 7-si isə saxlanılan statusda olub.

Həbsxanalarda özünə xətər yetirmə halları da artıb. 2024-cü ildə 205, 2023-cü ildə isə 155 belə hal qeydə alınıb. Üstəlik, bəzi məhbuslar bunu dəfələrlə ediblər. 2025-ci ilin yanvar ayında cəzaçəkmə müəssisəsində 15 nəfərin özünə xəsarət yetirməsi ilə bağlı 17 fakt qeydə alınıb. Təkcə bu ilin yanvar ayında cəzaçəkmə müəssisəsində saxlanılan 18 nəfər aclıq aksiyası keçirib”, – deyə erməni deputat yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Yanvar 2025

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR