İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni əsgər anası ilə telefonla danışdıqdan yarım saat sonra…

Ötən gün ölümcül güllə yarası alan Ermənistan Müdafiə Nazirliyinin N-ci hərbi hissəsinin hərbi qulluqçusu Murad Qriqoryan Vaykda xidmət edən Tavuş vilayətinin Vazaşen icmasındandır.

Musavat.com bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.  Bildirilir ki, ölən əsgərin həmkəndlisi M.Qriqoryanın sentyabrın 1-də 19 yaşının tamam olacağını deyib. Atası podratçı, anası isə evdar qadın olan əsgər orta məktəbi bitirdikdən sonra İcevan Texnikumuna daxil olub.

“Hadisədən təxminən yarım saat əvvəl ailə üzvləri ilə danışıb, anasından bəzi əşyalar göndərməsini istəyib. Dostları ilə də danışırdı, normal əhval-ruhiyyədə idi. Hələ nə baş verdiyini bilmirik, kənddə müxtəlif söz-söhbətlər dolaşır”, - həmkəndlisi bildirib.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 26-da saat 16:30 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Murad Serezhaeviç Qriqoryan qeyri-müəyyən şəraitdə güllə yarası alaraq ölüb.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR