İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: "Paşinyan hakimiyyəti məğlubiyyəti de-fakto qəbul edib onu de-yure möhkəmlədir"

Qərb üçün Cənubi Qafqaz regionu daha böyük planın bir hissəsidir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Qafqaz üzrə yerli ekspert Karen İgityan danışıb.

“Bu plana Rusiyanı regiondan sıxışdırmaq və ən əsası Rusiya ilə İran arasında əlaqələri kəsmək daxildir. Bunun üçün nə lazımdır? Bunun üçün onlar (Rusiya Federasiyası və İran) arasında daimi münaqişələr, müharibələr və ya heç olmasa bu əlaqənin yaranmasına mane olacaq proseslər zonası yaratmaq lazımdır”, - deyə İgityan “Oragir” verilişində qeyd edib.

Onun sözlərinə görə, Qərb bu əlaqəni pozmağa çalışır, çünki Rusiya və İran arasında əməkdaşlıq hər iki tərəf üçün vacibdir.

"Bu gün biz (bu əməkdaşlığı) yalnız PUA-lar (yəni iranın Rusiyaya verdiyi “Şahidlər”) vasitəsilə görürük, lakin bu, aysberqin görünən hissəsidir", - deyə erməni ekspert bildirib.

“Bu fonda hakimiyyətin İranın ənənəvi düşməni Böyük Britaniyaya yaxınlaşmaq cəhdi çox açıq görünür. Lakin İngiltərənin dəstəyi Ermənistanın üçün həmişə sarsıdıcı məğlubiyyətlə nəticələnib”,- deyə İgityan qeyd edib.

Erməni politoloq Ermənistan rəhbərliyinin xarici siyasət kursunda dəyişikliyin baş verdiyini vurğulayır.

“Bu, indiki hökumətin iş üsuludur. Onlar əvvəlcə de-fakto nəsə edirlər, sonra isə müəyyən müddətdən onu de-yure möhkəmlədirlər. Elə Qarabağ məsələsində də eyni şey baş verdi”, - deyə İgityan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR