İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: İran Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı mövqeyini bölüşür

Rusiya və İran arasında strateji tərəfdaşlıq sazişinin Ermənistana və Cənubi Qafqaz regionuna ciddi təsirləri olacaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu erməni ekspert Sergey Melkonyan deyib.

“Burada Ermənistan üçün aktual olan iki mühüm məqam var. Birincisi, İran Cənubi Qafqazın eksklüzivliyi ilə bağlı Rusiyanın mövqeyini bölüşür.

İkinci mühüm məqam Rusiya və İranın Azərbaycan ərazisindən qaz kəməri çəkmək qərarıdır. Bu mənada Azərbaycanın tranzit potensialı daha da üzə çıxacaq.

Artıq İranın bəzi məsələlərdə güzəştə gedə biləcəyi ehtimalı aydın şəkildə nəzərə alınmalıdır. İran və Rusiyanın Azərbaycan üzərindən kommunikasiyalar sahəsində münasibətləri inkişaf etdirmək marağını da gözdən qaçırmaq olmaz”,-deyə erməni politoloq bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR