İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Fransadan alınan silahlar Paşinyana daxili piar üçün lazımdır”

 

“Ermənistan Fransadan üç “GM200 RLS”ləri alacaq. Təbii ki, silahların müxtəlif yerlərdən alınması alqışlanacaq hadisədir. Lakin “GM200 RLS”ləri məhdud imkanlara malik kəşfiyyat silahlarıdır”.

Musavat.com caliber.az saytına istinadən xəbər verir ki, bu sözlərin müəllifi erməni ekspert Suren Surenyatsdır.

Onun sözlərinə görə, Ermənistan-Fransa hərbi-texniki əməkdaşlığı ətrafında yaranan səs-küyün mənfi nəticələri hələ bundan sonra bilinəcək.

“Mən qəti əminəm ki, bu sövdələşmə hökumətimiz tərəfindən daxili siyasi piar üçün istifadə olunacaq. Paris üçün bu mövzu daha geniş regional kontekstdə əhəmiyyət daşıyır. Biz isə buradan siyasi nəticə çıxararaq daha bir “mənəvi qələbə”ni qeyd edə bilərik”,-deyə Surenyants istehza ilə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR