İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputatdan Zəngəzur dəhlizi AÇIQLAMASI - gizli saxlanılır...

“Ən böyük risk Ermənistanın ikitərəfli danışıqları vasitəçisiz aparmağa razı olmasından sonra başlayır. Bütün risklər buradan qaynaqlanır”.

Musavat.com xəbər verir ki, bu barədə daşnak siyasətçi, erməni deputat Armen Rüstəmyan deyib.

“Qalib və uduzan tərəf arasında ikitərəfli danışıqlar təbii ki, həmişə diktə əsasında aparılacaq. Mən Türkiyə və Azərbaycanın bu əlaqəni dəhliz mənasında tərk etdiyini görməmişəm. Əksinə, durmadan deyirlər ki, gec-tez olacaq. Bizim kədərli təcrübəmiz göstərir ki, onların sözləri bizim verdiyimiz hər hansı təminatdan daha tez-tez gerçəkləşir”, - deyə Rüstəmyan bildirib.

Onun sözlərinə görə, danışıqların gedişi gizli saxlanılır.

“Sadəcə olaraq, ictimai rəy üçün müvafiq zəmin hazırlayırlar ki, sonradan problem olmasın”, - deyə deputat yekunlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR