Onlayn ictimai-siyasi qəzet
"Bakı ilə İrəvan arasında sülh sazişi bağlanandan sonra yükdaşımaların əsas hissəsi Azərbaycan ərazisindən keçəcək".
Musavat.com “Sputnik Armenia” ya istinadən xəbər verir ki, bunu hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Gevork Papoyan Yuxarı Lars yoluna alternativ marşrut üzrə danışarkən bildirib:
"Bu marşrut Ermənistan üçün daha sərfəlidir, çünki daha qısa və rahatdır. Həmin marşrut sovet dövründə də fəaliyyət göstərirdi, lakin sülh sazişi bağlanmadan onu işə salmaq mümkün deyil. Sülh sazişinə gəlincə isə orada müharibə təhlükəsi yarada biləcək müddəalar olmamalıdır".
Gevork Papoyan eyni zamanda bildirib ki, hazırda Azərbaycanla sərhədlərin demarkasiyasının bir neçə variantı müzakirə edilir.
Nigar HƏSƏNLİ,
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ