İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Paşinyanın günahı ucbatından beynəlxalq aktorlar Azərbaycanın tərəfindədir

Qarabağ ermənilərinə münasibətdə müşahidə oluan “korluq” Ermənistanda da özünü göstərir və göstərəcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan parlamentinin deputatı, revanşist Tiqran Abramyan tərəfindən səslənib.

Abramyan Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirdiyi üçtərəfli görüşdən sonra verdiyi bəyanatı şərh edib.

Erməni deputat Şarl Mişelin üçtərəfli görüşdə hərbi əsirlər və səhvən tərəfini dəyişən əsgərlər məsələlərinin müzakirə olunması ilə bağlı sözlərinə də toxunub. Revanşist siyasətçi həyasızlıqla Azərbaycan hərbçilərini Ermənistan ərazisində dinc sakinləri qətlə yetirməkdə suçlayıb.

“Beynəlxalq aktorların ədalətsiz və qəbuledilməz davranışı təkcə Qarabağ ermənilərinə deyil, həm də Ermənistana münasibətdə özünü göstərir. Nə qədər ki, Painyan hakimiyyətdədir bu belə də davam edəcək”, - deyə, Abramyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR