İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Paşinyan Azərbaycan və Türkiyə qarşısında baş əyir”

““Zəngəzur dəhlizi” ifadəsi müxtəlif regional layihələr çərçivəsində türk lüğətinə yenidən daxil edilib və dövriyyəyə buraxılıb”.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan öz feysbuk səhifəsində yazıb.

“Bu bəyanatlar həmin layihənin Ermənistanın iradəsindən asılı olmayaraq bunun həyata keçiriləcəyi təəssüratını yaradır. Belə görünür ki, Ermənistanda hakimiyyətdə olan şəxs yalnız ölkə daxilində insanlara təzyiq etmək və ya həbs olunma məsələsində daha ardıcıldır. Amma Azərbaycan və Türkiyə qarşısında baş əyir, sonsuz güzəştlərə gedir. Ermənistanın daxili siyasi reallıqlarından belə bir təəssürat yarana bilər ki, müqavimət resursu toza çevrilib, amma əslində ən gözlənilməz situasiyalarda aktivləşib proseslər yarada bilən dərin güclər var”, - deyə Abramyan qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR