İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: “Ermənistanda  mühüm vəzifələr qəsdən boş saxlanılır”  


“Bu ilin may ayından sərhəd mühafizəsini təmin edən Ermənistan sərhəd qoşunlarının komandanı postu boş qalıb”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif deputatı, daşnak Geqam Manukyan deyib.

Onun sözlərinə görə, bu ilin yazından Ermənistan-Rusiya Birləşmiş Qüvvələr Qrupunun komandanı postu da boş qalıb və bu, ən vacib vəzifə sayılır. “Məhz bu vəzifədə olan hərbçi Qarabağdakı Rusiya sülhməramlıları, eləcə də Ermənistandakı Rusiya qoşun qruplaşmasının rəhbərliyi ilə əlaqə qurur. Ermənistanın KTMT-dəki nümayəndəsi postu da boşdur”, - deyə Manukyan qeyd edib.

Erməni deputatın fikrincə, problem kadr çatışmazlığında deyil, düşünülmüş, ardıcıl hərəkətlərdədir. Geqamyan Ermənistanın baş naziri Nikol Paşinyanın hərəkətlərini başa düşmədiyini deyib. “O, üç ildir etiraflar və əsaslandırmalar paradını davam etdirir. Dünənki müsahibə zamanı onun dodaqlarından Qarabağ ermənilərinə nifrət dolu sözlər səslənib”, - deyə Geqamyan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR