İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni deputat: Azərbaycanın Ermənistanın təslim olması ilə bağlı yeni tələbləri var

Əslində, delimitasiya və demarkasiya ilə bağlı heç bir iş yoxdur, Azərbaycan-Ermənistan danışıqları da yoxdur, Azərbaycanın Ermənistana təslim olması ilə bağlı yeni tələblər var ki, bu hakimiyyət onları yerinə yetirmək niyyətindədir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Ermənistan müxalif deputatı İşxan Saqatelyan tərəfindən səslənib.

Onun sözlərinə görə, Paşinyan iqtidarı öz davranışları ilə Azərbaycanın Ermənistana qarşı hərbi hücumunu qanuniləşdirir. Eyni zamanda, Saqatelyan qeyd edib ki, hökumətin baş nazirinin müavini Mher Qriqoryan qapalı iclasda Tavuşda sərhədin delimitasiyası ilə bağlı konkret razılaşmanın olmadığına inandırıb.

"Ölkə güzəştə getməyə davam edəcək bir qüvvənin əlindədir”, - deyə revanşist deputat vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR