İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni anaları İrəvanın hiyləsini necə ifşa etdi? - XİN rəhbərindən AÇIQLAMA + VİDEO

“2021-ci ilin fevral ayında Ermənistan Müdafiə Nazirliyinin qarşısında hərbi xidmətə çağırılan şəxslərin valideynləri etiraz aksiyası keçirirdi. Onlar övladlarının Qarabağa, Azərbaycan ərazisinə göndərilməsinə etiraz edirdilər. Orada olan ABŞ-li jurnalist valideynlərdən müsahibələr götürdü və müsahibələrdə onlar açıq şəkildə bildirirdilər ki, bizim övladlarımız gecə saatlarında tikinti materialları üçün nəzərdə tutulmuş yük avtomobillərində, mülki geyimdə Azərbaycan ərazisinə göndərilirlər və biz buna qarşıyıq”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.

“Bunu inkar etmək mümkünsüz idi. Kimsə bunu Azərbaycan propaqandası adlandıra bilməzdi. Bu mövzunu 2021-ci il mart ayının birində Azərbaycan tərəfi rəsmi məktubla müraciət edərək sənəd şəklində, bütün bu istinadlar verilməklə BMT baş katibinin diqqətinə çatdırdı. Həm Təhlükəsizlik Şurasının üzvləri bu barədə tanış olsunlar, həm də dünya dövlətləri məlumatlı olsunlar ki, üçtərəfli bəyanatın açıq şəkildə pozuntusu gedir”.

Ətraflı süjetdə:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR