Onlayn ictimai-siyasi qəzet
Birləşmiş Ərəb Əmirliklərinin dövlət neft-qaz şirkəti Abu Dhabi National Oil Co. (ADNOC) Britaniyanın BP şirkətinin bir sıra əsas aktivlərini almaq istəyir.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg mənbələrə istinadən yayıb.
Bildirilir ki, ADNOC daxili korporativ səviyyədə bu imkanı öyrənir və artıq bankirlərlə ilkin məsləhətləşmələr aparıb. Aktivlərin bölüşdürülməsi üçün başqa investorla qüvvələrin birləşdirilməsi imkanları da nəzərdən keçirilir.
ADNOC BP-nin LNG aktivləri və qaz yataqları ilə daha çox maraqlanır, nəinki şirkəti bütünlüklə almaq. Amm sonuncu variant da nəzərdən keçirilib.
Ərəb şirkəti Britaniyalı həmkarının neft hasilat aktivləri və emalı zavodları ilə maraqlanmır. Çünki bu, şirkətin bütünlüklə alınmasını məcburi edər. Hansı ki, belə variant siyasi baxımdan ADNOC-a problemlər yarada bilər.
Musavat.com
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ