İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın səsi ilə insanları aldadan dələduz tutuldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsini süni intellekt vasitəsilə təqlid edən dələduz saxlanılıb.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan dələduz şəxs süni intellekt ilə prezident Ərdoğanın səsini təqlid etməyə çalışıb. Həmçinin səsdən istifadə edərək bəzi iş adamları və yüksək səviyyəli dövlət idarəçiləri ilə əlaqə qurmağa cəhd edib.

Dələduz qısa müddətdə tutularaq təhlükəsizlik bölmələrinə təhvil verilib.

Səlahiyyətlilər vətəndaşlara kibercinayətlər çərçivəsində bu cür cəhdlərə qarşı diqqətli olması ilə bağlı xəbərdarlıq edib./Demokrat.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR