Onlayn ictimai-siyasi qəzet
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzvlük, BMT Təhlükəsizlik Şurasında müsəlman ölkəsinin rolu və Cənubi Qafqazda sülh prosesi barədə vacib açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Ərdoğan "Avropanın təhlükəsizliy Türkiyəsiz mümkün deyil”, – deyə vurğulayıb.
Türkiyə Aİ üzvlüyünü strateji prioritet hesab edir və özünü Avropanın ayrılmaz hissəsi kimi görür.
Ərdoğan BMT Təhlükəsizlik Şurasında müsəlman ölkəsinin veto hüququna sahib olmasının zəruri olduğunu bildirib.
O, bu məsələnin müzakirə mövzusu olmamalı olduğunu vurğulayıb.
Daha sonra Ərdoğan Türkiyənin Ermənistanla münasibətlərin normallaşması prosesini davam etdirdiyini bəyan edib.
Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün fəal şəkildə çalışdıqlarını bildirib.
Bu açıqlamalar Türkiyənin beynəlxalq arenadakı rolu və Cənubi Qafqazdakı diplomatik səylərinin yeni mərhələyə keçdiyini göstərir.
Musavat.com
04 Mart 2025
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ