İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğana qarşı birləşən güclərin güclü Türkiyə xofu

Türkiyədə 2023-cü ilin yayında keçiriləcək seçkilərlə bağlı müxtəlif rəy sorğuları aparılır. Son olaraq “Areda Survey”in 2023-cü il seçkiləri üçün keçirdiyi son sorğuda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsvermənin ikinci turuna keçəcəyi təqdirdə 4 namizədi (Kamal Kılıçdaroğlu, Maral Akşənər, Əkrəm İmamoğlu, Mənsur Yavaş) xeyli qabaqlayır. 3872 nəfər arasında aparılan sorğunun nəticələrinə görə, Ərdoğan öz rəqiblərini böyük fərqlə geridə qoyur.

Ən yaxın rəqəmlər Ərdoğanla Kılıcdaroğlu arasındadır: sorğuda Ərdoğan 47.9, Kılıçdaroğlu isə 42.4 faiz üstünlük təşkil edir.

Rəy soruğularının keçirilməsi təbiidir, ancaq hiss olunur ki, Qərb dairələri indidən Ərdoğanın nüfuzunun guya xeyli zəifləməsinə dair rəy formalaşdırırlar.

Məsələn, bir neçə gün öncə “Nyu York Tayms" dərgisində Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ağ Ev Administrasiyası üçün “baş ağrısına” çevrildiyi yazılıb. Qəzet bildirib ki, ABŞ prezidenti Cozef Bayden yaşlı və az hərəkətlidir, bunun əksinə olaraq Rəcəb Tayyib Ərdoğan dinamikdir və onun fəallığı Qərbin maraqları ilə üst-üstə düşmür.

Şübhəsiz ki, Ərdoğanın son illərdə bölgədə və dünyada böyük nüfuz sahibinə çevrilməsi, Türkiyəni maksimum gücləndirməsi və milli maraqları hər şeydən öndə tutması, Ukrayna məsələsində təşəbbüsü demək olar ki, ələ alması Qərbi ciddi narahat edir.

Bu durumda mümkündür ki, Qərb seçki ərəfəsində Türkiyədə hansısa xoşagəlməz planlar həyata keçirsin. Habelə, seçki ərəfəsində və ya seçkidən dərhal sonra nəticələrə təsir etmək üçün sosial problemlər, qiymət artımlarından istifadə edərək, sosial tələblərlə aksiyalar təşkil olunsun və sonradan bundan siyasi məqsədlərlə Türkiyəni qarışdırmaq üçün istifadə olunsun.

Ərdoğanın yüksək reytinqi, mükəmməl liderliyi fonunda qardaş ölkənin artan gücündən narahat olan dairələrin anti-Türkiyə, anti-Ərdoğan planları baş tuta bilərmi? Kollektiv Qərbin anti-Ərdoğan planlarını dağıtmaq üçün Azərbaycan hansı dəstəyi verə bilər?

Mustafa Ilıcalı, Acun Ilıcalı ile akraba mı? Prof. Dr. Mustafa Ilıcalı kim,  nereli, kaç yaşında?

Mustafa İlıcalı: “Qərb dairələrinin bu cür dezolar yaymalarına təəccüb etmirik”

AKP-dən olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı burada təəccüblü heç nə görmür: “Seçkilər yaxınlaşdıqca, müxalif düşərgə dezinformasiyalarının sayını artırmaqla məşğuldur. Onlar sayın Ərdoğanın gördüyü işlər qarşısında nüfuzunun getdikcə artdığını görürlər. İndidən seçkilərlə əlaqədar əndişəyə düşüblər. Son olaraq, Konyada 54 ölkənin iştirakı ilə V İslam Həmrəylik Oyunlarının açılışı baş tutdu. Sizin dövlət başçınız, sayın İlham Əliyev də iştirak etdi. Bu və ya digər görülən tədbirlər Ərdoğanın nüfuzuna nüfuz qatır. Rəqiblər isə bunu görüb, yalançı vədlər verməklə məşğuldurlar. Guya onlar gəlsələr, bunu elə edəcəklər, yaxud onu da belə. Əsas niyyət Cümhurbaşqanının nüfuzunu azaltmağa yönəlib. Çünki uduzacaqlarını duymağa başlayıblar. Pandemiya, ardınca da Ukrayna-Rusiya savaşı dünya iqtisadiyyatına zərbələr vurdu ki, istər-istəməz bu ölkəmizdən də yan keçmədi. Bütün dünyada ölkələr iqtisadi problemlər yaşayırlar. Hazırda Ərdoğan iqtidarı bu problemlərin öhdəsindən gəlməkdədir. Durmadan turistlərin sayı artmaqdadır. Türk vətəndaşı hər şeyi görür və seçimlərində yanılmaz. 20 il ərzində Ərdoğanın Türkiyə üçün etdiklərini hər birimiz görməkdəyik. Qərb dairələrinin bu cür dezolar yaymalarına təəccüb etmirik. Çünki onlar Türkiyənin başında güclü xarakterə sahib, peşəkar, qətiyyətli bir şəxsin olmasını istəmirlər”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu: “Başqa siyasətçi Türkiyənin Cümhurbaşqanı olarsa...”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu çətin bir seçki marafonu proqnozlaşdırır: “Əlbəttə, Qərb dairələrində Ərdoğanın hakimiyyətdən getməsini istəyənlərin sayı az deyil. Amerika prezidenti Co Bayden bunlardan biridir. Hələ o, seçki kampaniyası dönəmində demişdi ki, elə etməliyik ki, Ərdoğan gələcək seçkilərdə məğlub olsun, müxalifət hakimiyyətə gəlsin. Bu əslində Türkiyənin daxili işlərinə birbaşa qarışmaq idi. Hazırda Qərb ölkələrində belə siyasətçilər qalmaqda davam edir. Son olaraq, Amerikanın NATO-dakı keçmiş təmsilçisi açıqlama verib ki, qəsbkar Vladimir Putinin NATO ölkələri daxilində iki yaxın dostu var, biri Macarıstanın baş naziri Viktor Orban, biri də Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğandır. Bu da Ərdoğanın nüfuzuna zərbə vurmaq məqsədilə ortaya atılmış fikirlərdir. Əlbəttə, Ərdoğanın Putinlə münasibətləri var. Sonuncu dəfə Soçidə görüşdülər. Amma qardaş ölkənin milli və təhlükəsizlik maraqları da var. Türkiyə Rusiya ilə əməkdaşlıq edir, iqtisadi əlaqələrini gücləndirir. Amma eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü də tanıyır. Ukraynaya “Bayraktar” pilotsuz uçuş təyyarələri də satır, Krımın ilhaqını da tanımır. Yəni milli və təhlükəsizlik maraqlarına nə cavab verirsə, ona üstünlük verilməlidir. Düzdür, onu da açıq etiraf etmək lazımdır ki, Ərdoğanın xarici siyasətində müəyyən səhvlər də oldu. Bu mənim şəxsi fikirlərimdir. Məncə, İsrail və Misirlə münasibətlərin gərginləşdirilməsi tələsik verilmiş qərar idi. İndi bir az geri dönüş başlayıb. Misir və İsraillə əlaqələr bərpa olunur. Bu günlərdə İsrail prezidenti qardaş ölkəyə səfər də etmişdi. Amma Ukrayna və Rusiya arasında vasitəçilik, taxıl məsələsinin həlli Türkiyə və Ərdoğanın regionda artan nüfuzundan xəbər verir. Lakin etiraf etmək lazımdır ki, Türkiyə iqtisadiyyatında hazırda problemlər var, infilyasiya artır. Bu da gələcəkdəki prezident və parlament seçkilərinə təsir edəcək ciddi faktorlardan birinə çevriləcək. Xarici siyasətdə qeyd etdiyim səhvlər də nəticələrə təsir edə bilər. Amma qərar verən Türkiyə vətəndaşıdır. Onun qərarı nə olacaqsa, o da təsdiq olunacaq. Bəzən deyilir ki, Türkiyədə hakimiyyət dəyişikliyi olarsa, bu Azərbaycanla münasibətlərə necə təsir edə bilər. Düzdür, Ərdoğan iqtidarında Azərbaycanla strateji müttəfiqlik ən yüksək mərhələyə qalxdı. 44 günlük haqq savaşımızda bizə kifayət qədər dəstək verildi. Şuşa Bəyannaməsi imzalandı. Düşünürəm ki, gələcəkdə iqtidar dəyişərsə, bir başqa siyasətçi Türkiyənin Cümhurbaşqanı olarsa, bunun Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə ciddi təsir etməyəcək. Ərdoğanın Azərbaycanla bağlı qoyduğu strateji müttəfiqlik xətti davam edəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR