Onlayn ictimai-siyasi qəzet
Ukraynada döyüşlər 2025-ci ildə dayandırılacaq. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. "Düşünürəm ki, bu il atəşkəsə gələcəyik.
Bunun nə qədər uzun və effektiv olacağı başqa sualdır. Amma düşünürəm ki, bu baş verəcək", - deyə o qeyd edib. budanovun fikrincə, hadisələrin bu cür inkişafı üçün “inqrediyentlərin çoxu” var.
Ötən gecə Rusiya Federasiyası Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən qaz və enerji infrastrukturu obyektlərinə qrup şəklində zərbə endirib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna ərazisinə zərbələr hava, dəniz və qurudan yüksək dəqiqlikli uzaqmənzilli silahları, eləcə də pilotsuz uçuş aparatları ilə endirilib.
"Zərbələrin məqsədinə nail olunub. Bütün hədəflər vurulub", - Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.
Kreml Avropanın Ukraynaya qoşun yeritmək planları ilə bağlı bütün xəbərləri diqqətlə izləyir və bu xəbərlər narahatlıq doğurur. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı bəyanatlar bəzən ziddiyyətli olur. “Biz bütün bu hesabatları, avropalıların bu məsələ ilə bağlı bəzən ziddiyyətli rəsmi açıqlamalarını diqqətlə izləyirik. Bu, bizi narahat edən məsələdir, çünki söhbət hərbi kontingentlərin göndərilməsindən, NATO ölkələrinin hərbi kontingentlərinin Ukraynaya mümkün göndərilməsindən gedir, bu, təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir, ona görə də bu mövzu bizim üçün vacibdir.
NATO ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisinə yerləşdirilməsi bizim üçün məqbul sayıla bilməz", - deyə Kremlin sözçüsü vurğulayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcılar - Sevinc Telmanqızı və Emil Salamoğlu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə ABŞ-Rusiya, Türkiyə-Ukrayna təmaslarını, Paşinyanın və Qriqoriyanın son bəyanatlarını müzakirə edirlər.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ