İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: Yaxın Şərqdə sülh yalnız Fələstin dövlətinin yaradılması ilə mümkündür

Yaxın Şərq böhranının həlli yalnız paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından sonra mümkündür.

"Report"un Kazana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Outreach” / “BRICS+” formatının genişləndirilmiş iclasında deyib.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, böhranın həlli yalnız paytaxtı Şərqi Qüdsdə olan müstəqil Fələstin dövlətinin yaradılması ilə mümkündür. Bu, yeganə tələb deyil. İsraili silah və sursatla təmin etmək regionda böhranı və qeyri-sabitliyi daha da gücləndirəcək. Biz İsrailə silah tədarükünə həm də BMT tərəfindən embarqo qoyulması təşəbbüsünü irəli sürmüşük və BRICS-in dəstəyinə ümid edirik. Bölgədə qan tökülməsini dayandırmaq lazımdır”, - deyə o bildirib.

Türkiyə liderinin sözlərinə görə, qan tökülməsinə və böhranlara son qoyulmadan inkişafı təmin etmək mümkün deyil.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR