İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan xalqın iradəsini qorumaq üçün partiya üzvlərinə çağırış edib

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan xalqın iradəsini tam qorumaq üçün partiya üzvlərini səslərin sayılması proseduru bitənə qədər seçki qutularının yanında qalmağa çağırıb.

Musavat.com xəbər verir ki, o, çıxışında aşağıdakıları bildirib:

“Saat 17:00-a olan məlumata görə, bütün ölkə üzrə səsvermə prosesi başa çatıb. Seçki qutularını və səsləri qorumaq vaxtıdır. Son səslər hesablanana və nəticələr yekunlaşana qədər bütün bacı-qardaşlarımdan məsul olduqları seçki qutularını tərk etməmələrini və xalqın iradəsini sona qədər müdafiə etmələrini ürəkdən xahiş edirəm”, - deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər başa çatıb.

Vətəndaşlar ölkənin 30-u böyük şəhər olmaqla, 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibini, həmçinin 50 min 336 kənd və məhəllə muxtarını seçmək üçün səs veriblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR