Onlayn ictimai-siyasi qəzet
2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olacağını iddia edən və prezident Ərdoğanla İsrail baş naziri Netanyahunun bu mövzuda razılığa gəldiyini yazan jurnalist Bircan Yıldırım həbs edilib.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yıldırım polis bölməsində verdiyi ifadəsində sözügedən paylaşımı 1 saat sonra sildiyini bildirib.
“Sözügedən paylaşımı ilk olaraq sosial mediada başqa hesablar vasitəsilə gördüm. Ona görə də paylaşdım. Sonra xarici mənbələrə baxdım. Bu xəbərlə bağlı əldə edilən razılaşmanın təfərrüatları var idi. Təfərrüatları oxuduqdan sonra məlumatın doğru olmadığını və ölkəmin milli maraqlarına uyğun olmadığını düşündüyüm üçün xəbəri paylaşdıqdan sonra bir saat ərzində sildim. Xəbəri sildikdən sonra dezinformasiya mərkəzinin bu xəbərlə bağlı açıqlama verməsini 2 saata yaxın gözlədim”, - Bircan Yıldırım qeyd edib.
Xatırladaq ki, Dezinformasiyaya Qarşı Mübarizə Rabitə Mərkəzi Müdirliyi sözügedən razılaşmanı təkzib edib.
“İddialar tamamilə uydurmadır” - deyə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin sosial media hesabında qeyd olunub.
Aytən Novruz
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ