İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə Suriyadakı vəziyyəti müzakirə etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.

Qeyd edilib ki, onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan bildirib ki, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir.

Telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR