Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, artıq bir daha prezidentliyə namizəd olmayacaq.
Musavat.com xəbər verir ki, bu barədə dövlət başçısı yeni konstitusiyanın hazırlanması ilə bağlı çıxışında danışıb. Anadolu Agentliyinin yaydığı məlumata görə, Ərdoğan vurğulayıb:
“Biz yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mən yenidən seçilməyi və ya prezidentliyə namizəd olmağı düşünmürəm. Bizim məqsədimiz – atacağımız addımlarla ölkəmizin nüfuzunu necə daha da artıra biləcəyimizdir.”
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan hazırda ardıcıl üçüncü dəfədir ki, prezident vəzifəsindədir. O, ilk dəfə 2014-cü ildə bu posta seçilib və səlahiyyət müddəti 2028-ci ildə başa çatacaq.
Musavat.com
11 Iyun 2025
10 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ