İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Pezeşkianla DANIŞDI - Mühüm məsələlər MÜZAKİRƏ OLUNDU

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, liderlər Türkiyə və İran arasındakı ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan telefon danışığı zamanı Türkiyə-İran əlaqələrinin daha da inkişaf etdirilməsi üçün qarşıdakı dövrdə səylərin davam etdiriləcəyini vurğulayıb.

Türkiyə lideri Pezeşkianı Ramazan Bayramı münasibətilə də təbrik edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Aprel 2025

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR