Onlayn ictimai-siyasi qəzet
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziyanın Baş naziri Ənvər İbrahimlə birgə mətbuat konfransı keçirib.
Musavat.com xəbər verir ki, Ərdoğan xüsusilə Fələstin məsələsinə diqqət çəkib.
"Bugünkü görüşlərimizdə beynəlxalq məsələlər, xüsusilə Fələstin məsələsi haqqında da danışdıq. Yardım baxımından indiyədək 100-dən çox gəmi göndərmişik. Bu gəmilər öz işinə olduğu kimi davam edir. Biz Malayziyanın Qəzza və Fələstinlə bağlı mövqeyini təqdirlə izləyirik".
Türkiyə lideri İsrailin verdiyi sözləri tutmadığını qeyd edib:
"İsrailin əvvəlkilər kimi son atəşkəs razılaşmasında da verdiyi vədlərə əməl etmədiyini gördük. İsrail işğala son qoymalı və vurduğu ziyanı ödəməlidir. Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaranması vacibdir".
Musavat.com
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ