Onlayn ictimai-siyasi qəzet
Bu gün 15 iyul Türkiyədə xain çevriliş cəhdindən 8 il ötür.
Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi.
FETÖ-çü dəstənin xain çevrilişinin durdurulmasında Prezident Rəcəb Tayyib Ərdoğanın xalqa zamanında etdiyi müraciət böyük rol oynadı.
İnsidentlə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “CNNTürk” telekanalına telefon vasitəsilə (video görüntü) canlı qoşuldu.
Ərdoğan dedi ki, Türkiyə Respublikasının prezidentidir və xalqa müraciət edərək, küçələrə axışmağı, hərbçilərə müqavimət göstərməyi xahiş etdi. O bildirdi ki, bu çevrilişi edənlərin hamısı cəzalandırılacaq.
Ərdoğanın müraciətini xalq eşitdi və küçələrə, tankların, xain silahlıların qarşısına çıxaraq Türkiyəni uçurumdan xilas etdilər.
Xatırladaq ki, 2016-cı ilin 15 iyul tarixində FETÖ terror təşkilatı Türkiyədə dövlət çevrilişinə cəhd edib. İnsanlar küçələrə axışaraq hökumətə dayaq olublar.
Dövlət çevrilişi cəhdi nəticəsində Türkiyə 252 şəhid verib.
Qeyd edək ki, Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən təşkil olunan dövlət çevrilişi cəhdinin qarşısı alınandan sonra Türkiyə hökuməti terrorçuluqla mübarizədə dövlət strukturlarından, ordudan və polis sistemindən FETÖ üzvlərinin təmizlənməsi prosesini həyata keçirib.
Ərdoğanın tarixi 15 iyul müraciətini təqdim edirik:
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ